Flora-Fauna

Vəhşi təbiətin ən yaxşı fotoqraflarının işləri təqdim olundu

6

Londonun Təbiət Tarixi muzeyi hər il keçirilən “Vəhşi təbiətin ən yaxşı fotoqrafı” müsabiqəsinin qaliblərini elan edib. Müsabiqə bir neçə nominasiya üzrə aparılır: “Təəssüratlar”, “Səmadan görünüş”, “Şəhər mühiti” və sairə. Bu il münsiflər heyətinə 96 ölkədə çəkilmiş 42 min foto təqdim edilib. “Discovery Azerbaijan” portalı Oxu.az-a istinadən həmin fotoları sizə təqdim edir:    

Read More »

Bu da isti qanlı balıq

344540

Alimlər isti qana malik balıq aşkarlayıblar. Bu balıq dərin sular üçün heç də xarakterik deyil.  Rusiya KİV-ə istinadən bildirir ki, bu unikal varlıq 45 metrdən 400 metrə qədər dərinlikdə yaşayır. Bununla belə, bədən hərarəti daim suyun hərarətindən 5°C yüksək olur. Xatırladaq ki, balıqlar soyuqqanlı varlıqlardır. Bu isə o deməkdir ki, onların orqanizmlərinin hərarəti ətraf mühitdəki hərarətdən asılıdır.

Read More »

“Adamyeyən ağac əfsanəsi”

Madagascan_Man-Eating_Tree

Alman alimi Karl Lik Madaqaskar adasına səyahəti zaman aborigenlərin “adamyeyən ağac” haqqında dedikləri barədə məktublarında yazıb. Yerli əhalinin təsvirlərinə görə, həmin ağac 2,5 metr hündürlüyündə olub. Ağacın yuxarısında 4-5 metr uzunluqda yarpaqlar varmış. Yarpaqların ortasında kənarı bıçaq kimi iti iynəli kasaşəkilli iri “qab” olub. Naturalistlərin dediyinə görə, aborigenlər qurbanvermə mərasimində əvvəlcə dualar oxuyur, sonra gənc qızları döyə-döyə ağacın yanına gətirirlər. ...

Read More »

Öldürən bitki – Sofora

sofora

Yaponiyada bitən sofora bitkisinin tünd şabalıdı toxumları çox zəhərlidir. Sofora bitkisinin zoğlarında 2.5 %, yarpaqlarında isə 3.2 % paxikarpin, sofokarpin və matrin kimi zəhərli maddələr vardır. Ona görə də zəhərli bitkilərə toxunandan sonra hər bir adam əllərini mütləq sabunla təmiz yumalıdır. Çünki bəzi bitkilərin şirəsi ələ dəydikdə dəri vasitəsilə dərhal qana keçir və zəhərlənmə baş verir. Oleandr, sezalpiniya, kökatan, sumaq, ...

Read More »

Mikrob təmizləyən qarışqalar

qar2

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkarlayıb. İsveçli tədqiqatçılar müəyyən ediblər ki, tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur. Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır. ...

Read More »

Betonda da gül bitər?

y1

Onu “Yutan Poluo” adlandırırlar. Bitkini maraqlı edən odur ki, onun böyüməsi üçün torpağa ehtiyac yoxdur. Bu çiçək asanlıqla möhkəm, bərk səthlər üstündə yaşaya bilir. Məsələn, polad boru, ya da beton onun üçün ən ideal “yataqdır”.  Qeyd edək ki, Yutan Poluonu ilk dəfə boruları təmizləyən zaman çinli fermerlər aşkarlayıblar.

Read More »

Bu güllər çox bahalıdır?!

123131

Medinilla. Çəhrayı medinillanı Filippin və Madaqaskar meşələrindən tapmaq mümkündür. Botaniklər bu gülə “gözəl” ləqəbini veriblər. Gül ilin istənilən mövsümündə gözəl olur, lakin çiçəklənmə dövründə görənlərin ağlını başından alır. Bu gün dünyada medinillanın təxminən 400 növü var. Belə güllərdən ibarət kiçik buketin təxmini dəyəri isə 700 dollardır. Qızıl Kanibalu. Orxideyanın  bir növü olan qızıl kanibalu yalnız Borneo adalarında bitir. Qızıl  kanibalunu ...

Read More »

Xərçəngin dərmanı – yaşıl çay

green tea

Alimlər yaşıl çayın tərkibindəki kimyəvi maddənin dəri xərçənginin iki növünün müalicəsində istifadəsini mümkün hesab edirlər. Çay sadə şəkildə içilərsə, bu zaman müalicənin effekti maddənin dozasının çox az olmasına görə hiss edilmir. Ancaq laboratoriya şəraitində onun xərçəng hüceyrələrinə çəkilməsi zamanı hüceyrələrin üçdə ikisi azalır və ya yox olur. Stratklayd və Qlazko Universitetlərinin alimləri yaşıl çayın tərkibindəki “epiqallokathin qallat” maddəsinin başqa hüceyrələrə ...

Read More »

Bütün fəsillərdə rəngarəng – Hitaçi parkı

141024-best-pod-october-01

Yaponiyanın Şərq sahilində, Miharasi No Oka təpəsindən Sakit okeana gözəl mənzərə açılır. Lakin insanlar Hitaçinaka şəhərinə dənizə baxmaq üçün gəlmirlər. Onlar 2011-ci ildə sunami nəticəsində məhv olmuş, buna baxmayaraq, əvvəlki gözəlliyini bərpa etmiş Hitaçi parkı üçün uzun məsafələr qət edirlər. Park kiçikdir, sahəsi cəmi 3,5 hektardır. Bununla belə, ilin bütün fəsillərində parka tamaşa etmək üçün nəsə tapırsan. Ona məhşurluq gətirən isə hər ...

Read More »

Suda gəzən kərtənkələ

kertenkele

Suda yeriyən kərtənkələ saniyədə 20 addım ataraq suyun üstündə sürətlə qaçır. Ayaqları suya dəydiyi zaman hər bir barmaq qısılaraq ayağın üst hissəsinin genişlənməsini və suyu asanlıqla itələməsini təmin edir. Beləliklə, ayaqlar bədənin ağırlığını tarazlaşdırır. Kərtənkələnin ayaqları suyu itələdiklə kiçik hava şarı əmələ gətirərək özünə dəstək yaradır və digər ayağın hərəkətini tamamlayaraq suya dəyməsi üçün vaxt qazandırır. Ağırlıq ikinci ayağa ötürülərkən kərtənkələ ...

Read More »