Milli sərvət

Musiqiyə sonsuz sevgi ilə

1

Söz vaxtına çəkər deyiblər… İşinə, musiqiyə olan böyük sevgisi, vurğunluğu gözlərindən oxunan bu xanımla tanışlığımız və onun “Discovery Azerbaijan”ın yazarlarından birinə çevrilməsi ötən ilin bahar günlərinə təsadüf edir. Ötən bir il ərzində yorulmadan, böyük şövqlə, həvəslə Azərbaycanın tanınmış musiqiçilərindən yazdı, musiqiyə sonsuz sevgi ilə yazdı… 8 Mart ərəfəsində işıq üzü görən dərgimizin bu sayında isə heç düşünmədən biz də bu ...

Read More »

“Ağarmayın ay saçlarım”

6

Bu sayımızda Tovuz elinin sazlı-sözlü oğlu, “gəmidə oturub gəmiçi ilə dava edən”, Sovet quruluşuna bəslədiyi mənfi münasibəti şeirlərində də əks etdirən, “Ağarmayın ay saçlarım, amandır” deyən “Qoca qartal” Mikayıl Azaflını xatırladıq. Mart ayında 90 illik yubileyi keçiriləcək haqq aşığının qızı, Azaflı Aşıq Məktəbinin davamçısı Gülarə Azaflı ilə ötənləri-keçənləri yada salaraq Mikayıl Azaflının həyat yolunu vərəqlədik… – Tovuz rayonun Azaflı kəndi… ...

Read More »

Şəkidən dünyaya: sazla böyüyüb, piano ilə dünyanı fəth edən müasirimiz

3

Müasir ifaçılıq məktəbinin layiqli nümayəndələrindən biri olan Yeganə xanım Axundova nəinki doğma vətənində, dünyanın bir çox ölkələrində tanınan, sevilən bir şəxsiyyət kimi böyük hörmət qazanıb.  Sazla böyüyüb, pianonu seçdi Musiqiyə olan sevgi uşaqlıq illərindən başlayıb. Düzdür, ailədə professional musiqiçilər yox idi, lakin musiqinin ab-havası, valideynlərin ona, həmçinin incəsənətə, ədəbiyyata olan məhəbbəti olduqca güclü idi və hamı üçün, yəni hər bir ...

Read More »

Bir səhnə, iki qadın, bir tale…

1

Filmin hazırlıq dövründə baş rolu – Sevili – kimin oynayacağı məsələsi ortaya çıxanda C.Cabbarlı mütləq türk (azərbaycanlı) qızının ifa edəcəyini bildirdi. Lakin vaxt ötür, aktrisa isə tapılmırdı. A.Beknazarov bundan istifadə edərək, heç kimlə razılaşdırmadan İrəvandan Nora Arzumanovanı çağırtdırır və onunla kino sınaq çəkilişləri aparır. Bundan xəbər tutan C.Cabbarlı kinostudiyanın rəhbərliyinə qəti etirazını bildirir və Sevil roluna azərbaycanlı qızı tapdığını söyləyir. ...

Read More »

Teatrın əfəndisi – Məmməd Sadıx Əfəndiyev

12

Atam Böyük Cahan müharibəsinə gedəndə mənim 6 yaşım var idi. O gün mənim yaxşı yadımdadır. Anam xəstə idi, yataq otağında uzanmışdı. Atam üçün yemək, yun corab və isti pal-paltarı çamadana yerləşdirdik. Hər şey hazır olandan sonra atam mənim şəklimi də zərfin içində çamadanına qoydu. Atam paltosunu geyindi, anamla vidalaşdı, qonaq otağına keçdi və dayandı: onun gözləri yaşarmışdı, o hiss edirdi ...

Read More »

“Boş beşik”dən “Ölməzliyə səyahət”

scas

Azərbaycan musiqi mədəniyyətinin dünyada tanınmasında, inkişafında və yayılmasında bir çox şəxsiyyətlərimizin əhəmiyyətli rolu olub. Milli-mənəvi sərvətlərimizi qoruyub saxlamağa çalışaraq bacarıqla, zövqlə və professionallıqla yeni nəslə ötürən sənətkarlardan biri – sevimli bəstəkarımız Firəngiz Əlizadədir.  Xeyir-duanı Qara Qarayevdən alan bəstəkar Yaxşı yadımdadır, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının böyük zalında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunurdu. Həmin gün F.Əlizadənin “Sonata”sı müəllifin ifasında dinləyicilərə ...

Read More »

Poeziya ilə musiqi qovuşanda

sss

Uzun illərdir ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqi yaradıcılığı və Azərbaycan xalq musiqisinin əsasları fənlərindən dərs deyən bir musiqişünasdan söz açmaq istəyirəm. Həyatlarını musiqiyə bağlayan bir ailənin qızıdır o. Bəlkə də əsli-nəcabəti, musiqiçi ailəsində dünyaya gəlməsi onun gələcək ömür yolunu müəyyən etdi. İstəkli rəfiqəm – musiqişünas Cəmilə Rəhmanova və bəstəkar Emin Sabitoğlunun qızı Ceyran Mahmudova ilə bağlı ...

Read More »