tbilisi

Gürcüstana səfər edən turistlərin sayına görə Azərbaycan liderlik edir

Bu ilin yanvar-iyun aylarında Gürcüstana 1 milyon 108 min 914 turist gəlmişdir. Bu, keçən ilin müvafiq dövrünün göstəricilərindən 45 faiz çoxdur.Sən demə biz azərbaycanlılar , Gürcüstana səfər etmiş turistlərin sayına görə liderlik edirik. Gürcüstan İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, 2011-ci ilin yanvar-iyun aylarında MDB ölkələrindən buraya gəlmiş turistlərin (672.928) çox hissəsi Azərbaycanın payına düşür. Azərbaycandan Gürcüstana 299.762 turist səfər etmişdir. Bu, MDB ölkələrindən Gürcüstanın qonaqlarının ümumi sayının 45 faizi deməkdir. Keçən ilki göstəricilərdən bu nə az, nə çox 43 faiz artıqdır.Bütövlükdə 2011-ci ilin yanvar-iyun aylarında Gürcüstana səfər etmiş əcnəbi qonaqların 70,7 faizini MDB ölkələrindən gəlmiş turistlər (672.928) təşkil etmişdir. Bu, isə öz növbəsində keçən ilin müvafiq göstəricisindən 47 faiz çoxdur.

About Xatuna Abdullayeva

Leave a Reply