beverly-hills-hotel

Yüz yaşayan otellər

Bu il dünyanın üç məşhur oteli 100 illiklərini qeyd edir. Yubiley münasibətilə həmin otellər turlar, güzəştli kampaniyalar və müxtəlif əyləncəli tədbirlər təşkil edirlər.
Onlardan biri 1912-ci ilin 12 may tarixində Kaliforniyada açılan “Beverly Hills”dir. Bu otel hər zaman məşhur ulduzların sevimli məkanı olub. Marlen Ditrix və Merlin Monronun tez-tez qaldıqları bu oteldə hazırda həmin ulduzların şərəfinə adlandırılan məşhur kokteylləri dadmaq mümkündür. Otelin 100 illik yubileyi münasibətilə burada iki nəfərin gecələməsi və səhər yeməyi 660 $ dollara başa gəlir.

1912-ci il Boston əhalisi üçün də əlamətdar tarixdir. Həmin il burada Franklin zooparkı və Fenway Parkı açılıb. Ən əsası isə avqustun 19-dan Copley Plaza oteli fəaliyyətə başlayıb. O dövrdə burada otaqların qiyməti cəmi 3,5 $ təşkil edirdi. Otelin rekonstruksiyasına 20 milyon dollardan çox xərc çəkən otel rəhbərliyi hazırda müştərilərə 100 $-dan başlayan nömrələr təqdim edir. Yubiley münasibətilə nə zamansa burada öz “bal ayı”nı keçirən cütlüklərə böyük endirimlər də nəzərdə tutulub.

100 illik keçmişi ilə fəxr edən digər bir otel isə 1912-ci il 31 dekabr tarixində Kanadanın Monreal şəhərində açılan “Ritz-Carlton”dur.  Bu otel Ritz brendi altında açılan otellər şəbəkəsinin ilkidir. 2008-ci ildə rekonstruksiya ilə əlaqədar bağlan otelə çəkilən xərclər 150 milyonu keçib. Bu ilin 1 iyunundan başlayaraq yenidən qapılarını müştərilərin üzünə açan oteldə bir gecə qalmaq üçün ən aşağı qiymət 425 $-dır.Swimming-Pool_4148

About Xatuna Abdullayeva

Leave a Reply