216_about_img2

Flydubai Bakıdan uçuşları ucuzlaşdırdı

«Flydubai» aviaşirkəti Bakıdan uçuşları ucuzlaşdırıb. Bu gündən yeni endirim kampaniyasına başlanılıb. Kampaniya çərçivəsində oktyabr ayının 17-si noyabrın 25-i aralığında Dubaya uçmaq istəyənlərə biletlər 21 % ucuz təklif ediləcək. Belə ki, sentyabr ayında gediş dönüş bileti 211 dollara təklif edilirdi. Hazırda eyni bileti 174 dollara əldə etmək olar. Bu qiymətə 7 kiloqram əl yükü və 20 kiloqramlıq baqaj daxildir.
Qeyd edək ki, endirim  biletləri oktyabr ayının 31-nə kimi alan müştərilərə şamil ediləcək.

About Rəna Kərimova

Leave a Reply