siaphoto_1292_1381120130311

Qubada “Alma bayramı” keçirildi

Oktyabrın 8-də Qubada keçirilən “Alma bayramı”na 10 minə yaxın insan qatılıb, onlar arasında 20-dən çox xarici ölkələrin Azərbaycandakı nümayəndələr, millət vəkilləri və s. iştirak edib.

Tədbirdə milli adət-ənənələri əks etdirən kompazisiyalar qurulub, rayonda becərilən alma sortları nümayiş olunub, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib.

“Alma bayramı”nda qubalı bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib.

Qeyd edək ki, “Alma bayramı” 2012-ci ildən etibarən təşkil olunur.

About Rəna Kərimova

Leave a Reply